MÜASİR JURNALİSTİKAMIZIN İNKİŞAF XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ
“Müasir jurnalistikamızın inkişaf xüsusiyyətləri və problemləri” mövzusunda keçirilən seminarda BDU-nun jurnalistika nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru, filologiya elmləri doktoru Alxan Məmmədov mühazirə oxumuşdur. Seminarda müxtəlif universitetlərin tələbələri, müəllimlər, fondun əməkdaşları və digər qonaqlar dinləyici qismində iştirak etmişlər.
OSMANLI DÖVLƏTİ VƏ ERMƏNİLƏR
MİMTA Fondunun təşkilatçılığı ilə BDU-nun dosenti, tarix elmləri namizədi Atamoğlan Məmmədlinin növbəti seminarı keçirilmişdir. “Osmanlı dövləti və ermənilər” mövzusunda keçirilən bu seminarda fondun əməkdaşları, müəllim və tələbələr, eləcə də digər qonaqlar dinləyici qismində iştirak etmişlər.
QLOBALLAŞMA VƏ MİLLİ KİMLİK
MİMTA Fondunun təşkilatçılığı ilə BDU Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, dosent Vüqar Zifəroğlunun “Qloballaşma və milli kimlik” mövzusunda seminarı keçirilmişdir. Seminarçı öz geniş mühazirəsində qloballaşmada mədəniyyətlərin bir-birinə təsiri şəraitində milli dəyərlərə sahib çıxmağın önəmindən danışmış, eyni zamanda dünyaya inteqrasiyanın müsbət tərəflərinə toxunmuşdur. Seminarda dinləyici qismində Fondun əməkdaşları, o cümlədən müxtəlif ali təhsil ocaqlarının müəlllim və tələbələri iştirak etmişlər.
ERMƏNİLƏRİN MƏNŞƏYİ
“Ermənilərin mənşəyi” mövzusunda keçirilən bu seminarda BDU-nun dosenti, tarix elmləri namizədi Atamoğlan Məmmədli mühazirə oxumuş, Fondun əməkdaşları, o cümlədən müəlllim və tələbələr iştirak etmişlər.
JURNAL TİPOLOGİYASI
MİMTA Fondunda keçirilmiş növbəti seminarda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, İctimai Televiziya və Radio Yayım Şurasının sədri, professor Cahangir Məmmədli “jurnal tipologiyası” mövzusu ilə çıxış etmiş və seminar iştirakçılarının suallarını cavablandırmışdır.