Fondun əsas məqsədi Azərbaycanın milli irsi, mədəni, tarixi dəyərlərini tədqiq edib həm ölkədə, həm də ölkə xaricində təbliğ etməkdir.
“Füyuzat” jurnalı 100 il sonra – 2007-ci ildə Milli İrsi Mədəni
Tarixi Araşdırmalar Fondu tərəfindən bərpa edilmiş və
“Füyuzat”ın davamı kimi 33-cü nömrədən
nəfis şəkildə çap etdirilməyə başlanmışdır.
“İşıq-qadın” jurnalı 1911–1912-ci illərdə fəaliyyət göstərən
tarixi “İşıq” qəzetinin varisidir.
2012-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun
təsisçiliyi ilə “İşıq-qadın” jurnalı kimi bərpa edilmişdir.
Fondumuzun ilk elmi araşdırması olaraq, “Füyuzat” jurnalının bərpa edilməsi fikrimcə uğurlu addımdır. Fondumuz kimi onun mətbu orqanı olan “Füyuzat” jurnalı da xalqımızın milli irsinin, zəngin mədəniyyətinin və tarixinin bütün dünyaya tanıdılmasına xidmət edəcəkdir. Bu müqəddəs işdə böyük Azərbaycan xalqının xeyir-duasına ehtiyacımız var.
100 il sonra MİMTA Fondunun varisliyi qəbul edərək “İşıq”ın nəşrini jurnal şəklində davam etdirməkdə məqsədi həm onun işıqlı ideyalarını yaşatmaq, həm də gözəl tərtibat və məzmunlu yazılarla oxucuların zövqunu oxşayaraq bu günümüzlə dünənimizin harmoniyasını yaratmaqdır.
Yeni “Füyuzat”ın klassik “Füyuzat”ın davamı kimi nəşrə başlanması Azərbaycanın mətbuat həyatında, ümumiyyətlə, ictimai-fikir həyatında çox mühüm hadisədir. Bu jurnalın təsisçisi Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm…
XX əsrin əvvəllərində mövcud olan qaranlıq mühitdə “İşıq” kimi bir mətbuat orqanının nəşr olunması Azərbaycan qadınının taleyində önəmli bir hadisə idi. “İşıq” o dövrdə qadın maarifi məsələsini ön plana çəkərək nəşr olunduğu qısa vaxt ərzində böyük nailiyyətlər qazanmağa müvəffəq oldu. Məhz bu önəmli rolu sayəsində o, 100 il sonra – 2012-ci ildə “İşıq-qadın” jurnalı adı ilə yenidən nəşr edilərək öz fəaliyyətini bərpa etməyə nail oldu. Bu dəyərli töhfəyə görə biz jurnalın təsisçisi Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fonduna və bu işdə əməyi olan hər kəsə minnətdar olmalıyıq.
“Feyz” sözünün cəmi olan “Füyuzat” – uğur, nemət, xeyir-bərəkət, ləzzət mənasını verir. Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun bir əsrdən sonra yenidən bu adlı məcmuə ilə oxucuların görüşünə gəlməsi, əlbəttə, müsbət haldır…