Haqqımızda

1911-ci il yanvarın 22-də maarifpərvər ziyalı Xədicə xanım Əlibəyovanın baş redaktorluğu və Mustafa bəy Əlibəyovun naşirliyi ilə çap olunan və milli mətbuatımızda ilk qadın mətbu orqanı kimi tarixə düşən “İşıq-qadın” qəzeti 68 nömrədən sonra – 1912-ci ildə fəaliyyətini dayandırsa da, 2012-ci ilin yanvar ayından etibarən Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsisçiliyi ilə “İşıq-qadın” jurnalı kimi bərpa edildi.

Nəfis şəkildə çap edilən bu jurnal ailə tərbiyəsi, qadın problemləri və bir sıra tarixi, mədəni-əxlaqi mövzulardan bəhs edən məqalələri ilə qadınların dərin rəğbətini qazanmışdır.

Jurnalın baş redaktoru Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanovadır.

HAQQIMIZDA DEDİKLƏRİ
Teymur Əhmədov
Teymur Əhmədov
“İŞIQ-QADIN” JURNALININ YENİDƏN NƏŞRİNİN QURUCUSU, PROFESSOR

Zülmətin bağrını yaran “İşıq” qəzetinin 100 ildən sonra müstəqilliyə qovuşması, eyniadlı jurnal kimi Azərbaycan mətbuat aləminə daxil olması bir çox cəhətdən əlamətdardır. “İşıq-qadın” jurnalı qadınların “zülmət”də yandırdığı məşəlin estafetinin davamıdır; həm onların könüllərində qönçə ikən avazımış kövrək arzularının müstəqillik şəraitində çiçəklənməsi, həm də ümumxalq işi uğrunda apardıqları mübarizəsinin əbədiyaşarlığının rəmzidir. MİMTA Fondu “İşıq-qadın” jurnalını təsis edərkən onun yaradıcı heyəti müasir Azərbaycan qadınının tarixi keçmişini, işgüzarlığını, fədakarlığını, düşüncələrini, ürək sözünü, mənəvi gözəlliyini necə varsa, eləcə – canlı, dolğun təqdim etməyi qarşısına məqsəd qoymuşdur.

Sədaqət Qəhrəmanova
Sədaqət Qəhrəmanova
“İŞIQ-QADIN” JURNALININ BAŞ REDAKTORU

“İşıq” jurnalının əsas məqsədi Azərbycan qadınına öz şərəfli tarixi keçmişini xatırlatmaq, müsbət ənənələr bələdçiliyində işıqlı gələcəyə yol almaqdır. Bununla yanaşı, jurnalımızın təməl mövzularından biri tərbiyə məsələsi olduğundan bütün saylarımızda ailə dəyərlərinə, övlad tərbiyəsinə öz səhifələrimizdə geniş yer veririk. Bundan başqa, biz cəmiyyətimizdə mövcud olan bir sıra problemlərə toxunaraq onların həll yollarını oxucularımıza çatdırmağa çalışırıq. Mən əminəm ki, “İşıq” jurnalı öz tarixi missiyasını uğurla davam etdirəcək və vətənimizin işıqlı sabahı üçün əlindən gələni edəcəkdir”.

Amalya-Qasimova (1)
AMALYA QASIMOVA
TARİX ÜZRƏ FƏLSƏFƏ DOKTORU

“İşıq” Azərbaycan-türk qadınının, bütövlükdə müsəlman qadın aləminin qarşısında duran problemlərin və onların həlli yollarının araşdırılmasında əvəzedirlməz işlər görmüş, Azırbaycanın mənəvi-ictimai ab-havasının saflaşdırılması işinə qiymətli töhfələr vermişdir. 100 il sonra MİMTA Fondunun varisliyi qəbul edərək “İşıq”ın nəşrini jurnal şəklində davam etdirməkdə məqsədi həm onun işıqlı ideyalarını yaşatmaq, həm də gözəl tərtibat və məzmunlu yazılarla oxucuların zövqunu oxşayaraq bu günümüzlə dünənimizin harmoniyasını yaratmaqdır

Minaxanim Tekleli
MİNAXANIM TƏKLƏLİ
PROFESSOR

“İşıq” jurnalının hər sayında tərbiyəvi əhəmiyyətli yazılara yer verilməsi çox böyük işdir. Bu ənənə jurnalı oxunaqlı etməklə bərabər, ailə dəyərlərinə də xidmət göstərir. Belə dəyərləri qoruyub-yaşatdığı üçün “İşıq”ın adı kimi əməlindən işıq süzülür.

download
FİDUMƏ HÜSEYNOVA
BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ MÜAVİNİ

“İşıq” jurnalı dərin kökləri, özünəməxsus ənənəsi, yolu olan bir jurnaldır. O, keçmişimizdəki müsbət ənənələri, cəmiyyətimizi tərəqqiyə götürəcək mənəvi dəyərləri günümüzə gətirərək xalqımıza, ailələrimizə xidmət göstərir.

Mübariz Yunuszadə
MÜBARİZ YUNUSZADƏ
“FÜYUZAT” JURNALININ MƏSUL KATİBİ

“İşıq” 100 il öncə Azərbaycan qadınının taleyində çox əhəmiyyətli bir rol oynamışdır. Bu gün də öz yazıları ilə Azərbaycan xanımlarının könlündə taxt qurmaqdadır. Mən “İşıq” jurnalına bundan sonrakı fəaliyyətində də uğurlar diləyirəm və arzu edirəm ki, vətənimizin, millətimizin övladlarının maariflənməsi yoluna həmişə işıq saçsın.

Asad 2
ƏSƏD ASLANOĞLU
“İŞIQ” JURNALININ MƏSUL REDAKTORU

“İşıq” jurnalı 1 əsr əvvəlki amal və ideyalarını bu gün də yaşadır. Onun yolu milli təhsili, milli tərbiyəni, ailə dəyərlərini qorumaq və bununla işıqlı cəmiyyət yaratmaqdır. Məhz bu köklü ənənələri qoruduğu  üçün o öz şüarını belə seçib: “Nənələrin analara, anaların qızlara verdiklərini – öyrətdiklərini yaşadan jurnal”.

cahangir
CAHANGİR MƏMMƏDLİ
PROFESSOR

“İşıq”ın öz tipoloji xarakteri var və o, qadınlara həsr olunmuş, Azərbaycan media sistemində qadın həyatını özündə əks etdirən bir jurnaldır. “İşıq” 100 il öncə yarandığı vaxt da belə olub, bu gün onu yenidən yaradanlar da həmin tipoloji xarakteri çox yüksək səviyyədə davam etdirirlər

Pərviz m
PƏRVİZ ƏMİROV
MİMTA FONDUNUN İCRAÇI DİREKTORU

Fondumuzun əsas qayəsi milliliyimizi, irsimizi, tariximizi, mədəniyyət və incəsənətimizi araşdıraraq bu dəyərlərimizi təbliğ etməkdən ibarətdir. Bu məqsədlə də biz 2012-ci ildə milli mətbuatımızın ilk qadın mətbu orqanı olmuş “İşıq” qəzetini jurnal şəklində bərpa etdik. Biz “İşıq”ı qəzet kimi də bərpa edə bilərdik, amma müasir cəmiyyətimizdə jurnalın mövzu baxımından daha geniş və əhatəli olduğunu düşünərək onu “İşıq-qadın” jurnalı adı ilə nəşr etməyi qərara aldıq

Qənirə Əmircanova
QƏNİRƏ ƏMİRCANOVA
PEDAQOGİKA ÜZRƏ FƏLSƏFƏ DOKTORU

XX əsrin əvvəllərində mövcud olan qaranlıq mühitdə “İşıq” kimi bir mətbuat orqanının nəşr olunması Azərbaycan qadınının taleyində önəmli bir hadisə idi. “İşıq” o dövrdə qadın maarifi məsələsini ön plana çəkərək nəşr olunduğu qısa vaxt ərzində böyük nailiyyətlər qazanmağa müvəffəq oldu. Məhz bu önəmli rolu sayəsində o, 100 il sonra – 2012-ci ildə “İşıq-qadın” jurnalı adı ilə yenidən nəşr edilərək öz fəaliyyətini bərpa etməyə nail oldu. Bu dəyərli töhfəyə görə biz jurnalın təsisçisi Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fonduna və bu işdə əməyi olan hər kəsə minnətdar olmalıyıq