KÖNLÜM KEÇİR QARABAĞDAN

“Füyuzat” jurnalı şagirdlər arasında vətənpərvərlik hissinin yüksəldilməsi üçün və yenidən nəşrinin 10 illik yubileyi ilə bağlı “Könlüm keçir Qarabağdan” adlı inşa müsabiqəsi təşkil etmişdir.

Qaçqın və məcburi köçkün övladlarının təhsil aldığı Ağdam rayon 33 nömrəli orta məktəbi, Cəbrayıl rayon Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbi, Füzuli rayon 50 saylı tam orta məktəbi və Xocavənd rayonu Nərimanlı kənd tam orta məktəbləri arasında keçirilən müsabiqənin mükafatlandırma mərasimində bir sıra ictimai xadimlər, adıçəkilən rayonların səlahiyyətli nümayəndələri, rayon təhsil şöbəsinin müdirləri, şair və yazıçılar,  o cümlədən millət vəkili Qənirə Paşayeva, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri professor Cahangir Məmmədli və Cəbrayıl rayon icra başçısının müavini Fəridə İbayeva iştirak etmişlər. Müsabiqə 22.05.2017 tarixində keçirilmişdir.

VƏTƏNİN VƏTƏNDAŞI, BİR İŞIQ DA SƏN YANDIR!

MİMTA fondu və Bakı Dövlət Universitetinin Jurnalistika və Filologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Füyuzat” jurnalının 110 illik, yenidən nəşrinin isə 10 illik yubileyinə həsr olunmuş “Vətənin vətəndaşı, bir işıq da sən yandır” adlı esse müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.

27 aprel 2017-ci ildə keçirilən tədbirdə BDU-nun sabiq rektoru akademik Abel Məhərrəmov, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, o cümlədən bir sıra nüfuzlu qonaqlar, millət vəkilləri, tanınmış ziyalılar, media nümayəndələri və universitetin pedaqoji heyəti iştirak etmişlər.

Münsiflər heyətinin müxtəlif meyarlar üzrə verdiyi ballar əsasında müəyyən olunmuş qaliblər “Füyuzat” jurnalı tərəfindən fəxri diplomlar, mükafatlarla təltif olunmuşdur.

Tələbələrin hazırladığı bədii hissə – “Füyuzat”ın səhifələrindən oxunan bədii qiraət, həzin musiqinin müşayiətilə söylənilən şeirlər, səhnəciklər isə tədbirdə iştirak edən bütün qonaqlar tərəfindən böyük coşqu ilə qarşılanmışdır.

ŞEİRİN İŞIĞI, İŞIĞIN ŞEİRİ

Milli İrsi Mədəni Tarixi Araşdırmalar fondunun təşkilati dəstəyi ilə keçirilən, “İşıq” jurnalının və BDU-nun Jurnalistika fakültəsinin birgə layihəsi olan “Şeirin işığı – İşığın şeiri” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

30 noyabr 2016-cı ildə keçirilən müsabiqədə Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini Ələmdar Cabbarlı, şair Baba Vəziroğlu, Milli İrsi Mədəni Tarixi Araşdırmalar fondunun icraçı direktoru Pərviz Əmirov və “İşıq” jurnalın məsul katibi Əsəd Aslanoğlu münsif, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini və “İşıq” jurnalının baş redaktoru Sədaqət Qəhrəmanova, o cümlədən tanınmış jurnalist Flora Xəlilzadə isə qonaq qismində iştirak edib tədbirin əhəmiyyətini yüksək qiymətləndirmişlər.

“AZƏRBAYCAN ELM VƏ İRFAN SƏRDARLARI” KİTABININ TƏQDİMATI

18 dekabr 2015-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondunun layihəsi əsasında nəşr edilmiş “Azərbaycan Elm və İrfan sərdarları” kitabının geniş təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə KİV nümayəndələri, tanınmış ictimai xadimlər iştirak etmişlər. Çıxış edənlər arasında tədbirin aparıcısı tanınmış diktor, əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı, MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, professor Cahangir Məmmədli, əməkdar jurnalist Flora Xəlilzadə, tarix elmləri doktoru Nərgiz Əliyeva, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə, tarix üzrə fəlsəfə doktoru Kəmalə Nəcəfova, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, tədqiqatçı-yazar Fizuli Sabiroğlu, yazıçı-publisist Şəfəq Nasir, filologiya üzrə fəlsəfə doktoru Qənirə Əmircanova və digər elm və mədəniyyət xadimləri kitabın mədəniyyət tariximizə, milli-mənəvi dəyərlərimizə müstəsna bir töhfə olduğunu demişlər.

“İŞIQ-QADIN” JURNALININ 190 NÖMRƏLİ MƏKTƏBLƏ GÖRÜŞÜ

Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun təsis etdiyi “İşıq-qadın” jurnalı və O.Mirzəyev adına 190 saylı tam orta məktəbin kollektivi akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirmişdir.

7 may 2013-cü ildə keçirilən Tədbirdə MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, “İşıq-qadın” jurnalının baş redaktoru Sədaqət xanım Qəhrəmanova, 190 saylı məktəbin direktoru Afət xanım Bakıxanova, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova,  Azərbaycan Respublikasının xalq artisti Amaliya Pənahova, həmçinin digər qonaqlar çıxış etmiş, “İşıq-qadın” jurnalının Azərbaycan qadını tarixindəki rolundan danışmışlar.

“FÜYUZAT” VƏ GƏNC NƏSİL

Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı 190 saylı məktəb və Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunun birgə layihəsi kimi “Füyuzat” və Gənc nəsil” adlı tədbir keçirilmişdir. 17 dekabr 2009-cu ildə keçirilən tədbirdə məqsəd gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi, milli, mənəvi dəyərlərimizin tanınması və mənimsənilməsi idi.

Tədbirdə 190 saylı məktəbin direktoru, respublikanın əməkdar müəllimi Afət xanım Bakıxanova, şair və yazıçılar, müxtəlif ali təhsil müəssisələrindən dəvət olunmuş alimlər, tanınmış ziyalılar, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul şəxsləri, məktəbin müəllim və şagird kollektivi, mədəniyyət və incəsənət nümayəndələri, eləcə də KİV təmsilçiləri iştirak etmişlər.

DİGƏR FOTOLAR