“AZƏRBAYCAN ELM VƏ İRFAN SƏRDARLARI” KİTABININ TƏQDİMATI KEÇİRİLİB – SALAMNEWS.ORG

 

Beynəlxalq Mətbuat Mərkəzində bu gün Milli İrsi, Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun layihəsi əsasında nəşr edilmiş, böyük şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən “Azərbaycan elm və irfan sərdarları” kitabının təqdimatı keçirilib.

SalamNews AZƏRTAC-a istinadla xəbər verir ki, Muxtar Cəfərlinin müəllifi olduğu kitab “Nurlar” nəşriyyatında nəfis şəkildə çap olunub. Nəşrdə Xətib Təbrizi, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Seyid Cəmaləddin, Məhəmməd Füzuli və digər görkəmli söz və fikir adamlarının yaradıcılığından söz açılır.

Kitab müəllifin uzun zamandan bəri “Füyuzat” dərgisində dərc olunan silsilə məqalələri əsasında tərtib edilib. Müəllif Muxtar Cəfərli bu araşdırmalarda əsərləri ilə dünya elm tarixində, mədəniyyət və ədəbiyyatında önəmli yer tutan, işıqlı fikirləri ilə insanlığın mənəvi tərəqqi yolunu aydınladan Azərbaycan ədiblərindən danışır.

Mütəxəssislərin fikrincə, müəllif əsərində oxucunu elmli olmaqla yanaşı, sözün geniş mənasında əxlaqlı davranışa səsləyir.