XX əsrin əvvəlləri Azərbaycan mətbuatında milli tərəqqinin istiqamətləri “Füyuzat” və füyuzatçıların, eləcə də bu məktəbin davamçılarının romantik fəlsəfi düşüncəsində öz ifadəsini tapdı. Füyuzatçıların Azərbaycan ictimai-siyasi və ədəbi-mədəni mühitinə gətirdikləri bu yeni təfəkkür forması romantik fəlsəfi düşüncə tərzi ilə yeni ideyaların və dəyərlərin inkişafına səbəb oldu. “Füyuzat” və və füyuzatçılar türk dünyasında türkün qurtuluş, nicat yolunun ünvanını elan etdilər. “Füyuzat” jurnalının banisi Ə.Hüseynzadənin yazdığı kimi: “…Əsl məsələ dil, din birliyini qorumağın vacibliyini bilməkdir. Çünki yalnız bu yolla türklər harada yaşayırsayaşasın, birbirini tanıyacaq, sevəcəkdir. Mədəniləşmə tərəqqi yolunda birbirinə kömək edəcəkdir…”. Dil və din birliyini “gələcəyə doğru yol” kimi qəbul edən füyuzatçılar Məqsədimiz bu yoldan ayrılmamaq, müntəzəm tədricən irəliləmək, yəni təkamül yolu ilə tərəqqiyə xidmət etməkdir” prinsipini əsas tutaraq türk xalqlarının parçalanmış qüvvələrini bir-birinə dil, soy, kültür baxımından birləşdirəcəyi qənaətinə gəlirlər.

Tərəqqipərvər-demokrat Əli bəy Hüseynzadənin rəhbərlik etdiyi “Füyuzat” ədəbi məktəbi öz ətrafına H.Cavid, Ə.Cavad, A.Sur, A.Səhhət, A.Şaiq, N.Kamal, S.E.Sultanov, H.Vəzirov, X.Səbribəyzadə, S.Mənsur, Ə.Kamal və başqalarını toplamışdır. “Füyuzat”dan sonra onun təsiri ilə nəşr edilən mətbuat orqanlarından olan “İqbal” 1912-ci ildə “Tənqid ediyoruz” məqaləsində yazırdı: “Füyuzatın tutduğu yol türklük, müsəlmanlıq avropalılıqdır. Türk hissiyyatı ilə mütəhəssis, İslam dini ilə mütədəyyin Avropa mədəniyyətihazirəsi ilə mütəməddin olmaqdır“.

Füyuzatçılar Şərq və Qərb mədəniyyətinin qarşılıqlı əlaqə və müqayisəli şəkildə təhlilini verməklə bəşəriyyətin dərki məsələsini önə çəkib klassik elmi-tarixi və mədəni dəyərlərdən istifadə edərək özünü təkmilləşdirməyi mühüm vəzifə sayırdılar. “Mənafeyi-insaniyyə, milliyyəyi-tərəqqi, hürriyyəti-kamilə… dairəsində” fəaliyyət göstərən “Füyuzat”ın məslək yolunu tutanlar sırasında “Yeni Füyuzat” jurnalının yerini və rolunu ayrıca qiymətləndirmək lazımdır. “Hər şeydən bəhs edən həftəlik məcmuəyi-müsəvvərə” (şəkilli məcmuə) kimi fəaliyyətə başlayan “Yeni Füyuzat” jurnalının “sər mühərriri” “Füyuzat” jurnalının fəal əməkdaşlarından olan Osmanlı şairi və publisisti Əhməd Kamal, “sahibi-imtiyazı və müdiri-məsulu” isə istedadlı romantik şairimiz Əli Paşa Hüseynzadə idi.

1910-cu ildə “Yeni Füyuzat” jurnalının nəşrə başlaması füyuzatçılığa yeni bir təkan verdi. Bu jurnal Azərbaycanda “Füyuzat” ədəbi məktəbinin canlandırılmasında, ədəbiyyatımızda, mətbuatımızda türklük milli duyğusunun güclənməsində, ümumiyyətlə, türk-islam dünyasının problemlərinə sistemli baxışın formalaşmasında böyük rol oynadı.

1910–11-ci illərdə Bakıda nəşr olunan, cəmi 21 nömrəsi çıxdıqdan sonra çar hakim dairələri tərəfindən qapadılan “Yeni Füyuzat” jurnalı az bir müddətdə Azərbaycan mətbuatında özünüifadə və özünütəsdiqdə sözünü deyə bildi. Birinci sayı 18 oktyabr 1910-cu ildə çapdan çıxan jurnalın ilk nömrədəki “Başlanğıc” adlı qeydlərində bildirilirdi ki, məcmuənin birillik xərci nəşrə hamilik edənlər tərəfindən ödəniləcək, abunə pulları bankda hifz olunacaq, ikinci ildən isə həmin vəsait nəşr qayğılarının həllinə yönələcəkdir. “Yeni Füyuzat”ın ilk altı ayda səkkiz səhifə çıxacağı, sonra isə həcminin böyüdüləcəyi nəzərdə tutulurdu.

“Yeni Füyuzat” yalnız türkçülük ideologiyasının təkamülündə deyil, həmçinin türk xalqlarının ortaq dəyərləri – dil, din birliyi məsələsində, milli özünüdərkin formalaşmasında böyük rol oynadı.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatının və mətbuatının yorulmaz tədqiqatçısı Hüseyn Həşimli jurnalın 100 illik yubileyi ərəfəsində bütün saylarındakı materialları toplayıb çap etdirmişdir.

Jurnalın 1910-cu ilə aid on bir sayının, eləcə də 1911-ci ildəki ilk dörd sayının hər biri səkkiz səhifədir. 1 fevral 1911-ci ildə çıxmış 5-ci (ümumən isə 16-cı) nömrəsindən etibarən isə həcmi on iki səhifəyə çatdırılmışdır. Getdikcə təkmilləşən və dövrün tanınmış ziyalılarını özünə cəlb edən, ədəbi, elmi, siyasi, publisistik xarakterli müxtəlif materiallarla oxucuların rəğbətini qazanan bu dərginin naşirləri poliqrafik keyfiyyətə də ayrıca diqqət yetirirdilər. Bakıda “Kaspi” mətbəəsində nəşr olunan “Yeni Füyuzat”ın redaksiya ünvanı Ağa Kazım Haşımovun kontoru idi.

“Yeni Föyuzat” geniş abunəçi şəbəkəsinə malik olmuşdur. Jurnalın hər bir sayında ona abunə olan şəxslər və təşkilatlar haqqında da məlumat vardır. Bu məlumatlardan aydın olur ki, jurnal Azərbaycanın Bakı, Naxçıvan, Culfa, Astara, Nuxa, Lənkəran, Şamaxı və digər bölgələrində, həmçinin ozamankı Rusiya imperiyasının Moskva, Sankt-Peterburq, Həştərxan, Aleksandrovski, Rostov, Petropavlovka, Novorossiysk, Qori, Qubanski, Batum, Kazan, Aşqabad, Daşkənd, Xocənd, Buxara, Xivə və s. yerlərində, eləcə də Tehran, Rəşt, Ənzəli, London kimi müxtəlif şəhərlərdə oxunmuş, yayılmışdır. Hətta müxtəlif təşkilatlar, təhsil ocaqları da bu jurnala abunə olmuşdur: İran Xarici İşlər Nazirliyi, Tiflisdəki Osmanlı konsulluğu, Ənzəlidəki “Nicat” qiraətxanası, Bakının qızlar məktəbi, Nuxanın “Sibqət”, “İkinci rus və müsəlman” məktəbləri və s. Azərbaycanın H.Z.Tağıyev, F.Xoyski, Ş.Əsədullayev, F.Köçərli, A.Y.Talıbzadə, Ə.Qəmküsar, H.Sarabski, M.Hacınski, İ.Aşurbəyov, B.Axundov kimi tanınmış şəxsiyyətlərinin də adları jurnalın abunəçiləri sırasındadır.

Əlamətdar haldır ki, “Yeni Füyuzat” məşhur macar türkoloqu Vamberinin də diqqətini çəkmişdir. Macar alimi jurnalın ona göndərilmiş ilk dörd sayı ilə tanış olduqdan sonra redaksi­yaya məktub yazaraq yüksək fikir ifadə etmişdi: Bizə irsal ehsan buyurduğunuzYeni Füyuzatməcmuəyimötəbərənizin dörd nüsxəsini hissiyyatişükraniyyə ilə aldım. mütaliəsindən, doğrusu söyləyim, çox məmnun məsrur oldum. Vaqiən, millətinizə insaniyyətə etdiyiniz xidmətiniz fövqəladə böyük mühümdür. Çünki türk millətinəcibiyyəsinin şimdiyə qədər geri qaldığına baş səbəb maarif meydanına ehmal təkasül (tənbəllik  – A.Ə.) etdiyidir. Ağıl fərasət türklərdə heç bir vaxt nöqsanpəzir deyildi. İnbisatiruhaniyyələrinə böyüklərinin istibdad təəddisi mane olmuşdur.

Əlli sənədən əvvəl qövminiz türklərin şu qədər irəli gələcəklərini heç xəyal etməzdim. Lakin həmd olsun ki, oyanmalarını görməyə müvəffəq oldum.

Zatialiniz kimi əhrarın (azad insanların – A.Ə.) qeyrətini müşahidə etdikcə daha ziyadə tərəqqi edəcəklərinə heç şübhəm yoxdur“. (Bu məktubYeni Füyuzatın 1911-ci il 4- sayında verilmişdir.)

“Yeni Füyuzat”da Əhməd Kamal, Əli Paşa Hüseynzadə, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Əliqulu Qəmküsar, Mehdi bəy Hacınski, Axund Yusif Talıbzadə, Əli Ricai Daizadə, Məmmədsadıq Axundov, Əli Mişan, Nemət Bəsir, Bədrəddin Seyidzadə, Əli Səbri Qasımov kimi müəlliflərin müxtəlif mövzularda yazıları dərgiyə rəngarənglik və oxunaqlılıq gətirirdi.

Jurnalın 16 noyabr 1910-cu il tarixli 5-ci sayında A.Ağababazadə “Füyuzat”ın feyzli nəticəsi” adlı məqaləsində mətbuatı “insaniyyət müəllimi” adlandırır, Qafqazda rus, gürcü, erməni mətbuatının həyat meydanında çoxdan mübarizəyə atıldığını, öz millətlərinin hüquqlarını daim müdafiə etdiklərini, fəryadları ilə özlərini bəşəriyyətə hər bir işlərində haqlı tanıtdıqları halda, bizdə isə cəhalətin hökm sürdüyünü acı təəssüflə vurğulayır. Belə bir məqamda “Yeni Füyuzat” hayqıran bir səs eşidən müəllif: Cümlə kədərim zəif oldu. Hələ zamanimazimi (keçmişimi) təxtir etdirdi (xatırlatdı). O mazi ki, onda fərəhim ziyadə idi. Bugünkü kimi mükəddər (kədərli) deyildim“.

Məqalədə ötən günlərə qayıdan müəllif sevimli “Füyuzat”ın nəşrinə qayıdır, “Füyuzat”ın fəaliy­yətini yüksək dəyərləndirir, onun qapanmasını ürək ağrısı ilə yad edərək yazır: O ağlayış bu günYeni Füyuzatsəhnəsini görmək­ bir dərəcə mübəddəli-sörur (sevincə çevrildi) oldu… “Yeni Füyuzatöz səhnəsini yüz illərcə tamaşa­gərdanın ənzariintibahına vəz edəcəkdir (insanların oyanışının xidmətinə verəcəkdir  – A.Ə.). Çünki bunu bu gün millətin xahişi meydana çıxarır.

Təəssüf ki, hər iki jurnalın taleyi oxşar oldu – “Yeni Füyuzat” 15 mart 1911-ci ildə öz fəaliyyətini dayandırdı.

Jurnalın əsas simalarından biri də dərginin sahibi, məsul müdiri Ə.Səburdur. Onun dərgidə nəşr olunan əsərləri – “Ah, Vətən” (26 oktyabr 1910, №2), “Suziş” (28 dekabr 1910, №11), “Təhəyyür” (21 dekabr 1910, №10) şeirləri ilə yanaşı, “Səhhət” silsilə yazıları (26 oktyabr 1910, № 2; 9 noyabr 1910, №4; 1 fevral 1911, №5), “Yubileylərimiz. Sözdür deyirəm” (14 dekabr 1910, №9) məqaləsi həm mövzu, həm də problem baxımından maraq doğurur.

“Ah, Vətən” şeirində ədib vətəni viran, tar-mar qoyan, xalqın haqqını paymal edən, onu zülm, əsarət zəncirində sıxan istibdada qarşı etiraz səsini ucaldır:

 

Könlümü yıxdı fəna mülkündə mövciiztirab,

Ey gözüm, ağla, şurayiVətən oldu xarab,

Nasiri qəm mülkünə aləmdə sultan intixab.

Etdilər, əfsus! Olmaz bir dəm azad məhən,

Ah, istibdad ilə məhv oldu Vətən!

“Yeni Füyuzat”ın fəaliyyətində özünəməxsus yer tutan ədiblərdən biri də jurnala “sər mühərrirlik” edən Osmanlı ədibi Əhməd Kamaldır. Maraqlı cəhətlərdən biri də “Yeni Füyuzat”ın səhifələrində Osmanlı ədəbiyyatının tanınmış simalarının – Namiq Kamal, Cəlal Sahir, Əşrəf, Məhəmməd Cəlal, Midhət Camal kimi nümayəndələrin əsərlərinin yer tutmasıdır.

Əhməd Kamalın imzasına, demək olar ki, jurnalın hər sayında rast gəlmək mümkündür. “Türkiyə-Rummiya ittifaqı” (18 oktyabr 1910, №1), “Siyasi. Asiyada” (26 oktyabr 1910, №2; 9 noyabr 1910, №4; 23 noyabr 1910, №6; 30 noyabr 1910, №7), “İngilislər və aləmi-islam” (1 noyabr 1910, №3), “Osmanlı xuliqanı” (7 dekabr 1910, №8; 14 dekabr 1910, №9), “Pots­dam mülaqatı” (18 yanvar 1911, №3), “Siyasi və ictimai”, “Qadın və təəddüdi-zövcat” (28 dekabr 1910, №11), “Eyib və qüsur bizim özü­müzdədir” (1 fevral 1911, №5), “Müəllimlərimiz” (22 fevral 1911, №27; 1 mart 1911, №28; 8 mart 1911, №29) və s. yazılarında dünyanın siyasi meydanında, eləcə də Asiyada baş verən hadisələrə münasibət, islamiyyət, İslam birliyi, qadınlarla kişilərin bərabərliyi məsələlərinə toxunulur.

Təsadüfi deyil ki, Əhməd Kamalın yazılarının əksəriyyəti o dövrün hakim dairələrinin diqqətini çəkmiş və onların narahatlığına səbəb olmuşdur. Ölkədə türkçülük ideyalarının geniş vüsət aldığını görən hakim dairələr jurnalın nəşrinə hər vasitə ilə mane olmağa çalışırdı.

Ədib “Siyasi. Asiyada” (23 noyabr 1910,  №6) məqaləsində yazır:

Əcəba, İranın, məazallah (Allah etməmiş), əldən çıxması Osmanlını təhlükəyə düşürməyəcəkmi?

İştə məsələnin ruhu buradadır. Əgər bu məsələni layiqi ilə düşünərsən, İran Osmanlının birbirinə qədər mərbut olduğunu anlarız.

Osmanlı ilə İran min üç yüz sənədən bəri islamiyyətin tərbiyətkərdəsi olub, ikisi ürfən, adətən birbirinin eyni iki milləticəsimə olduqlarından aralarında heç bir surətlə ayrılmaz rəvabitimənəviyyə vardır ki, bu rəvabitimənəviyyə sayəsində hər dürlü xətiyyat mazinin buraxdığı xatiratimənfurəyə rəğmən birbirilə dost müttəfiq yaşaya bilirlər

Asiya xəritəsinə baxılarsa, görülür ki, Qərbi Asiyadan müntəhayiBaykala qədər bir silsilə hökumatiislam uzanmışdır. Bunların aralarına əsla incə bir divar belə girməmişdir.

Bugünkü kiçik tərəddüdlər yarın üçün böyük təhlükələr hazırlar“.

“Yeni Füyuzat”da dərc olunan digər publisistik yazılar da mövzu baxımından maraq doğurur. Jurnalın aparıcı simalarından sayılan Axund Yusif Talıbzadə ilk sayda dərc olunmuş “Bəqayi-ruh” məqaləsində “Vətən və milləti həvayi-nəfisələrinə qurban edib səfalət və bətalətə giriftar” edənlərə etiraz səsini qaldırır. Ədibin jurnalın müxtəlif saylarında dərc olunmuş silsilə yazılarında cəmiyyətdə qadınların və kişilərin yeri və rolu, vəzifələri, onlardan təşkil edilən cəmiyyətin və fərdlərin təlim və tərbiyəsi, maddi təminatı və fəaliyyətləri, məramnaməsi kimi məsələlər şərh olunur.

Dərgidə qadınlarımızla bağlı dərc olunan bir yazı həm mövzu, həm də problem baxımından maraq doğurur. Dövrün ən gənc yazarlarından olan Əli Yusif “İşıq” məcmuəsi ilə paralel olaraq “Yeni Füyuzat”la da əməkdaşlıq edirdi. Gənc publisist “Xanımlarımıza “İşıq” məcmuəsi” adlı yazısı ilə Azərbaycanın mədəni inkişafında qadınların təlim və tərbiyə məsələlərinin vacibliyini, bu sahədə Avropa əhalisindən geridə qaldığını vurğulayır. Məqalədə göstərilir ki, qadınlar mədəni mühitə daxil olmaq üçün maariflənməli, kişilərlə bərabər elm öyrənməlidirlər:

Xanımlarımızın belə füyuzatimaarifdən bixəbər olmaları heyətiictimaiyyəyimilliyyətimizi əsrlərdən bəri bugünkü gördüyümüz hal cəhalət səfalətdə yaşadırBəşəriyyət məsud bir heyətiictimaiyyə təşkil edə bilmək üçün hər şeydən əvvəl qadınlarının tərbiyə təliminə sərfiqeyrət məcburiyyətindədir.

Cəhalət və zülmətdə olan qadınların probleminə işıq tutan “İşıq” jurnalının nəşrini alqışlayan Əli Yusif məcmuəni tənqid atəşinə tutanlara qarşı çıxır:

Şimdi buİşıqın zühuri ilə həm qəflətimizə etiraz həm təshihiqüsura mübaşirət etmiş oluruz. İbtidada heç bir şey nöqsandan xali olmaz.

Binaənileyh bu balaca xanım qazetəsində bəzi nəvaqis görülsə , onu tənqid eləmək rəvayihəqq deyildir.

Çünkitənqid asandır, icad çətindir“. Hünər bunu tənqid etmək deyil, onda görülən nöqsanları təshih ikmala müsaid olacaq rəğbət himmət göstərməkdir“.

“Yeni Füyuzat”da dərc olunan maraqlı yazılardan biri də H.Səbri Ayvazovun “Müsəlmanlara qəsd” (1911, №10) məqaləsidir. İslam ölkələrinin Avropanın əsarət və təzyiqlərinə məruz qalması, bu fəlakətdən qurtulmaq üçün elmə yiyələnməyin vacibliyi vurğulanır. Böyük imperialist dövlətlərin Şərqdə və Qafqazda apardıqları “Parçala və hökm sür” siyasətini ifşa edən müəllif kiçik İslam hökumətlərinin məhv edilməsini müsəlmanlara qarşı Avropanın qəsdi adlandırır:

Aman! Müsəlmanların gözü açılır. İslamlar dirilirlər!” – deyə bütün Avropa hökumətlərinin təhtiəsarətlərində inləyən milyonlarca təbəə müslimələrini daha ziyadə, daha şiddətli bir surətdə təzyiq etməyə başlayıb, hətta bəziləri müsəlmanların dinlərinə, dillərinə, milliyyətlərinə qədər təərrüz etdilər“.

Biz bu gün də tarixən dünyanın siyasət meydanında türk və islam birliyinə qarşı aparılan bu mübarizənin şahidiyik. H.Səbrinin göstərdiyi kimi: “…qərblilər bu kimi təzyiqat ilə aləmiislamda nümayan olan nuru söndürmək, müsəlmanlarda müşahidə edilən intibah hərəkatın önünü almaq mümkün olmayacağınıanlayıb başqa tədbirlər, başqa vasitələr düşündülər buldular.

O tədbir, o çarə nədir? Qılınc!

Əvət! Qərblilər artıq müsəlmanları öldürməyə, canavarcasına qətl etməyə, kiçik İslam ölkələrini məhv etməyə başladılar“.

Bu publisistik yazı müasirlik, mövzu və problem baxımından bu gün də öz əhəmiyyətini saxlayır.

“Yeni Füyuzat”ın səhifələrində müəlliflər sırasında Abdulla Şaiqin, M.Ə.Sabirin, Əli Ricai Daizadənin, Əliqulu Qəmküsarın da imzalarına rast gəlmək mümkündür.

Əvvəldə qeyd etdiyimiz kimi, jurnalın son – 10-cu sayı 1911-ci il martın 15-də çapdan çıxır. 1911-ci il mart ayının 18-dən 19-na keçən gecə jandarm idarəsi “Yeni Füyuzat” jurnalının baş redaktoru Əhməd Kamal Rasimoğlunu, jurnalın redaktoru Əli Paşa Hüseynzadəni həbsə alır.

Tədqiqatlardan aydın olur ki, bu şəxslərin həbsinə səbəb “Yeni Füyuzat” jurnalının 1910-cu ilə məxsus 5 və 6-cı nömrələrində dərc edilmiş məqalələr olmuşdur. Belə ki, Türkiyə təbəəsi Süleyman Hacı Bayramdan Bakıda çıxan “Yeni Füyuzat” jurnalının iki nömrəsi – 5 və 6-cı nömrələri müsadirə olunmuşdu. Bununla əlaqədar Kuban cəza ordusunun rəis-atamanı 1911-ci ilin yanvar ayında Türkiyə təbəəsi Süleyman Hacı Bayramdan tutulmuş “Yeni Füyuzat”ın nüsxələrini “gizli” təliqə ilə Bakı qradonaçalnikinə göndərərək jurnalın nəşrinə icazə verilib-verilməməsi, həmin nömrələrdəki yazıların “siyasi cəhətdən zərərli” olub-olmaması barədə, jurnalları geri qaytarmaq şərti ilə, ona məlumat verməyi xahiş etmişdi.

“Yeni Füyuzat”ın həmin nömrələrini vilayət jandarm idarəsinə göndərən Bakı qradonaçalniki jurnalın materiallarını ciddi surətdə nəzərdən keçirməyi və o barədə dəftərxanasına məlumat verməyi əmr etmişdi.

Göründüyü kimi, “Yeni Füyuzat” jurnalı XX əsrin əvvəlləri Azərbaycan jurnalistikasında həm özünün mövzu dairəsinə, problematikasına, həm də publisistikasının özünəməxsusluğuna görə fərqlənir. Bir sözlə, belə orijinal bir jurnalın və onun əməkdaşlarının fəaliyyəti ayrı-ayrı sanballı elmi əsərlərin obyektinə çevrilməlidir.

 

Füyuzat, №1 (87), 2016

Aygün Əzimova,

filologiya üzrə fəlsəfə doktoru