Rind və Zahid

Klassik ədəbiyyatımızın parlaq və təkrarolunmaz simalarından biri olan böyük Azərbaycan şairi Məhəmməd Füzulinin fars dilində qələmə aldığı “Rind və Zahid” əvvəllər şairin seçilmiş əsərləri arasında çap edilsə də, müstəqil kitab şəklində ilk dəfədir ki, işıq üzü görür. Mükalimə tərzində yazılmış bu əsərdə ata ilə oğul arasında gedən dialoqlar müxtəlif mövzuları əhatə edir. Hər cümləsində Füzuli zirvəsinin ucalığını, qüdsiyyətini əks etdirən bu mövzular insanı bir daha öz həqiqəti haqqında düşünməyə vadar edir. Zahir-batin, ağıl-qəlb, nəfs-ruh qarşıdurmasını Rind və Zahidin dili ilə canlandıran dahi Füzuli, bununla, əslində, insanı öz-özü ilə qarşılaşdırır.