Qəlbimin Aynası

Kitabda müəllifin dövri mətbuatdan, xüsusən “Füyuzat” jurnalından oxuculara yaxşı tanış olan elmi-publisistik məqalələri, həmçinin tarix, incəsənət, ədəbiyyat kimi müxtəlif mövzuları əhatə edən yazıları yer almışdır. Əsasən milli şüur, əxlaqi keyfiyyətlər, Qarabağ dərdi, vətən sevgisi və s. dəyərləri təbliğ edən bu qələm məhsulları oxucunu müəllifin zəngin daxili dünyası, incəsənət anlayışı ilə yaxından tanış etməyə kömək edir.