Dünya Siyasəti

Müasir dünya siyasəti XXI yüzilliyin əvvəllərindən etibarən keyfiyyətcə yeni mərhələyə daxil olmuşdur. Bu kitabda yeni dövrün məzmununu müəyyənləşdirən amillər və dünya siyasətinin inkişaf istiqamətləri açıqlanır, ümumdünya problemlərinə, qloballaşma proseslərinin mahiyyət və məzmununa aydınlıq gətirilir, beynəlxalq terrorizmə qarşı mübarizədə beynəlxalq təşkilatların roluna diqqət yetirilir, dünyanın müxtəlif regionlarında ¬– Qafqazda, Avropada, Asiya və Amerikada cərəyan edən hadisə və proseslər müasirlik işığında təhlil edilir, habelə, erməni terror-separatizminin Azərbaycan Respublikasına və Cənubi Qafqaz regionuna gətirdiyi fəsadların mahiyyəti açıqlanır.
MİMTA Fondunun maddi dəstəyi ilə çap olunan dərslik dünya siyasəti, dünya iqtisadiyyatı, hüquq, tarix və s. sahələr üzrə ixtisaslaşan ali məktəb tələbələri, magistrantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.